Premyer Liqa: "Çelsi" vacib xallar itirdi, "Man Yunayted"in qara günləri davam edir
"Mançester Yunayted" öz evində "Bornmut"a məğlub oldusa, "Çelsi" "Everton" səfərində qolsuz bərabərliyə razılaşdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının cari turunda "Mançester Yunayted" öz evində "Bornmut"u qəbul edirdisə, "Çelsi" "Everton" səfərinə yollanmışdı.
Bir anda ardıcıl qələbələr ilə ikinci yerə yüksələn "Çelsi" ümidlərini Mersisayd səfərində davam etdirmək istəyirdi. Ancaq klub gözlənilmədən liqanın ən zəiflərindən "Everton" səfərində 2 xal buraxdı.
Everton 0-0 Çelsi
"Qırmızı Şeytanlar" bataqlıqdan çıxa bilmir. Klub bu dəfə öz meydanında "Bornmut"a məğlub oldu. Keçən tur Mançester derbisində qələbəyə sevinən "Yunayted" bu dəfə azarkeşlərini məğlubiyyətlə üzüb.
Man Yunayted 0-3 Bornmut
Huijsen 29'
Kluvert 61'
Semenyo 63'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/95042?single
© Copyright 2026, All Rights Reserved