PSJ darmadağınla başladı
PSJ Klublararası Dünya Çempionatına “Atletiko Madrid” üzərində darmadağınla başladı.
90plus.az xəbər verir ki, Pari Sen-Jermen ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında bu ilki beşinci titul uğrunda mübarizəsinə inamlı qələbə ilə start verib. Luis Enrikenin komandası qrup mərhələsində “Atletiko Madrid”i 4:0 hesabı ilə məğlub edib.
Los-Ancelesdəki “Rose Bowl” stadionunda keçirilən görüşlə Fransa klubu ardıcıl 6 matçda qalib gəlib, bu qələbələrdən 2-si kubokla nəticələnib...
Arsenal üzərində 2-1 qalibiyyət
4-1 Montpelye üzərində qələbə
Oser üzərində 3-1 qalib gəldi
Reyms üzərində 3-0 qalibiyyət (🏆)
İnter üzərində 5-0 qalibiyyət (🏆)
4-0 Atletiko üzərində qələbə
PSJ 4 - 0 Atletiko Madrid
F. Ruis 19’
Vitinya 45+1’
S. Mayulu 87’
Lee 90+7’ (pen.)
Qollar:
https://t.me/doxsanplus/104124
https://t.me/doxsanplus/104126
https://t.me/doxsanplus/104130
https://t.me/doxsanplus/104131
Qeyd: PSJ bu mövsüm Fransa Superkuboku, Liqa 1 və Fransa Kubokunu qazanıb, ardından isə “İnter”i 5:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasını qazanmışdı.
© Copyright 2026, All Rights Reserved