PSJ-dən Donnarummaya ultimatum: Ya imzala, ya get
PSJ italiyalı qapıçısı Canluici Donnarummaya sərt ultimatum verib.
90plus.az xəbər verir ki, klub ya qolkiperin yeni müqaviləyə razılıq verməsini, ya da bu yay satılmasını istəyir.
26 yaşlı italiyalının hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Lakin maaşla bağlı fikir ayrılıqları səbəbindən müqavilənin uzadılması danışıqları dayanıb. Çempionlar Liqasının son qalibi olan Paris klubu əsas oyunçusunu saxlamaq istəsə də, onun bütün maliyyə tələblərini qəbul etməyə hazır deyil (📰: GOAL).
Bu arada, “Mançester Yunayted” Donnarummaya ciddi maraq göstərir. Bildirilir ki, o, Premyer Liqaya mümkün keçidi artıq bəzi komanda yoldaşları ilə müzakirə edib.
Buna baxmayaraq, Donnarumma ictimaiyyət qarşısında PSJ-nin onun üçün prioritet olduğunu bildirib. Amma danışıqlar uğursuz alınacağı halda digər variantları da açıq saxlayır.
Qolkiperə “Mançester Siti”, “İnter” və “Napoli” də maraq göstərir.
Ehtiyat tədbiri olaraq PSJ artıq mümkün əvəzləyici kimi “Lill”in və Fransa millisinin ikinci qapıçısı olan Lukas Şevalyeni nəzərdən keçirir.
© Copyright 2026, All Rights Reserved