Deklan Rays uğuru enib-qalxan attraksiona bənzətdi
Deklan Rays: “Bu komanda üçün növbəti yarımfinal möhtəşəm uğurdur”.
90plus.az xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasında ardıcıl ikinci dəfə yarımfinala yüksəlmələrindən sonra emosiyalarını bölüşüb.
London klubu iki oyunun cəmində “Sportinq”i 1:0 hesabı ilə məğlub edərək turnirin son dörd komandası arasına düşüb. Rays bu uğurun komanda üçün böyük addım olduğunu bildirib:
“Çox, çox sevincliyəm. İki oyun çox çətin keçdi, amma ardıcıl iki dəfə yarımfinala çıxmaq bu qrup üçün böyük nailiyyətdir. İndi növbəti addımı atıb finala çıxmaq istəyirik”.
“Bu, rollerkoster ( Əyləncə parklarında yuxarı-aşağı gedən relsli attraksion) kimidir”
İngiltərəli futbolçu son həftələrdə komanda ətrafında yaranan müzakirələrə də münasibət bildirib:
“Hər top klubda olduğu kimi burada da səs-küy olur. Bu, ‘Arsenal’dır, hər oyundan sonra danışılan şeylər var. Əgər yaxşı oynamırsansa, tənqid də olur. Amma bunlara ciddi yanaşmadan irəliləmək lazımdır”.
O əlavə edib: “Sadəcə davam edirik. Oynayırıq, qalib gəlirik və irəli gedirik. Bu, bir rollerkoster kimidir. Futbolda sənə heç nə hədiyyə edilmir”.
“Hər oyunu qazanmaq lazımdır”
Rays “Mançester Siti” ilə qarşıdakı oyuna da toxunub: “Əlbəttə, hər oyunu qazanmaq lazımdır. Premyer Liqada hər matçı qazanmaq istəyirik. Biz hazırıq və davam edəcəyik”.
Arteta: “Dünən tam tükənmişdi, amma 94 dəqiqə oynadı”
Baş məşqçi Mikel Arteta isə futbolçunun vəziyyəti barədə danışaraq onun böyük fədakarlıq göstərdiyini bildirib:
“Dünən Rays tam tükənmişdi, bu gün oynamaq şansı yox idi… amma o, 94 dəqiqə oynadı”.
© Copyright 2026, All Rights Reserved