PSJ Donarummanı Şevalye ilə əvəzləyir
PSJ Canluici Donnarummanın əvəzinə yeni qapıçı axtarışında — Lukas Şevalye ilə razılıq əldə olundu.
90plus.az xəbər verir ki, “Paris Sen-Jermen” qapıçı mövqeyində dəyişikliklərə hazırlaşır. Klub rəhbərliyi Canluici Donnarumma ilə yeni müqavilə barədə razılıq əldə edə bilmədikdən sonra 23 yaşlı fransız qolkiper Lukas Şevalye ilə danışıqları sürətləndirib.
Fransanın nüfuzlu nəşri "L’Équipe"in xəbərinə görə, PSJ artıq “Lill”in gənc qapıçısı ilə şəxsi şərtlər üzərində razılığa gəlib. İndi isə klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir.
“Lill” tərəfi Şevalyenin transferi üçün 40 milyon avro tələb edir. PSJ bu məbləği aşağı salmağa çalışsa da, istedadlı qapıçını heyətə qatmaqda israrlıdır.
Qeyd: Donnarummanın PSJ ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. Lakin qolkiper yeni sözləşmə təklifini qəbul etmədiyi üçün klub onu bu yay satmaq niyyətindədir. Əgər bu transfer baş tutarsa, Şevalyenin PSJ-nin “1 nömrəli” qapıçısı olması gözlənilir.
© Copyright 2026, All Rights Reserved