PSJ-nin finalda ilk toxunuşu gündəm oldu
UEFA Çempionlar Liqasının finalı ötən axşam Almaniyanın Münhen şəhərində keçirildi. “Pari Sen-Jermen” ilə “İnter”in üz-üzə gəldiyi nəhəng qarşılaşma fransız təmsilçisinin 5:0 hesablı tarixi qələbəsi ilə başa çatdı.
90plus.az xəbər verir ki, bu, PSJ-nin tarixində ilk Çempionlar Liqası çempionluğu oldu və bu uğur, həm nəticə, həm də oyun planı ilə diqqət mərkəzinə düşdü.
Matçın start fiti ilə “Pari Sen-Jermen”in seçdiyi unikal oyun taktikası sosial şəbəkələrdə böyük maraq doğurdu. Fransız klubu oyunun startında topu dərhal sol cinahla “İnter”in cərimə meydanına yaxın istiqamətdə auta göndərərək, yüksək press taktikasına keçdi.
Bu düşünülmüş başlanğıc sosial mediada qısa zamanda trendə çevrildi. İstifadəçilər PSJ-nin bu planlı hücum niyyətini və inamlı oyun üslubunu təriflədilər.
Qeyd: Bu nəticə ilə PSJ tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved