PSJ qrup lideri olub 1/8-ə keçdi
PSJ qrup lideri kimi 1/8 finalda – “Sietl” turniri xalsız başa vurdu!
90plus.az xəbər verir ki, PSJ Klublararası Dünya Çempionatında pley-off mərhələsinə yüksəldi.
Fransanın PSJ klubu Klubların Dünya Çempionatında qrup mərhələsinin son turunda “Sietl Sounders” üzərində inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Luis Enrikenin komandası amerikalı rəqibini 2:0 hesabı ilə məğlub edib və B qrupunu lider kimi başa vurub:
Sietl Saunders 0-2 PSJ
Kvara 35'
Hakimi 66'
Qollar:
https://t.me/doxsanplus/104468
https://t.me/doxsanplus/104471
PSJ bu nəticə ilə 6 xalla “Botafoqo” və “Atletiko Madrid”lə eyni xal toplasa da, top fərqində üstün olduğu üçün birinci yerə yüksəlib.
B qrupunda son turdan sonra vəziyyət belədir:
Bu nəticələrlə PSJ və “Botafoqo” 1/8 finala yüksəlib. Avropanın son çempionu növbəti mərhələdə A qrupunun ikincisi ilə qarşılaşacaq.
“Sietl Sounders” isə turnirdə keçirdiyi üç oyunun hamısında uduzaraq Klubların Dünya Çempionatını xalsız və sonuncu sırada başa vurub. ABŞ təmsilçisi üçün bu, tam uğursuz bir turnir oldu.
© Copyright 2026, All Rights Reserved