PSJ “Qızıl Top”da “Bayern”in rekordunu təkrarladı
Rəsmi mərasimdən əvvəl belə PSJ böyük heyətlə “Qızıl top” rekordunu təkrarlamağı bacarıb.
90plus.az xəbər verir ki, dəqiq sıralama hələ açıqlanmasa da, “Qızıl top” reytinqinin ilk onluğunda yer alacaq futbolçuların adları məlum olub. Avropanın hazırkı çempionu olan Paris təmsilçisi beş oyunçusunu elita sırasına salmağı bacarıb.
Cianluici Donnarumma, Usman Dembele, Vitinya, Aşraf Hakimi və Nuno Mendiş ilk onluqda yer almağı təmin edib. Bu uğur PSJ-yə 2014-cü ildə “Bayern Münhen”in müəyyənləşdirdiyi rekordu təkrarlamağa imkan verib.
Həmin vaxt alman klubu da beş oyunçusunu “Qızıl top”un ilk onluğuna salmışdı, baxmayaraq ki, mükafatı sonda Kriştianu Ronaldu qazanmışdı.
© Copyright 2026, All Rights Reserved