“Qalatasaray” azarkeşi “Napoli”ni təhdid edib!
“Napoli” prezidenti De Laurentis və onun oğlu “Qalatasaray” azarkeşindən təhdid alıb – Osimhen transferində gərginlik artır.
90plus.az xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis və onun oğlu Edoardo De Laurentis Viktor Osimhenin transferi ilə bağlı yaranmış durğunluq fonunda tanınmamış bir “Qalatasaray” azarkeşi tərəfindən təhdid olunublar.
Türkiyəli jurnalistin paylaşdığı görüntüdə hiddətli azarkeşin Edoardoya yazdığı mesajın skrinşotu yer alıb. Mesajda söyüş və kobud ifadələrlə “Napoli” rəhbərliyinə xəbərdarlıq edilir və Osimhenin transferinə əngəl törətməmək tələb olunur.
Edoardo De Laurentis isə bu təhdidə cavab olaraq məsələnin polisə bildirəcəyini yazıb.
Xatırlatma: Napoli” ilə “Qalatasaray” arasında Osimhenin 75 milyon avro dəyərindəki transferi ilə bağlı danışıqlar davam edir. Lakin Neapol təmsilçisi bank zəmanəti tələb etdiyi və satışdan sonrakı bəndin müqaviləyə salınmasını rədd etdiyi üçün proses dayandırılıb.
Osimhen ötən mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edib və parlaq performansla yadda qalıb. O, 37 qol vurmaqla komandasının çempion olmasına kömək edib, eyni zamanda turnirin bombardiri və ən yaxşı oyunçusu seçilib.
“Çelsi” nigeriyalı hücumçu ilə maraqlanmayıb, “Mançester Yunayted” isə maaş tələblərinə görə transferdən imtina edib.
© Copyright 2026, All Rights Reserved