Qalmaqallı hakimlə bağlı qərar verildi
UEFA qərəzli hakimlik etməkdə günahlandırılan qalmaqallı hakim Feliks Zvayerlə bağlı qərarını verdi.
90plus.az xəbər verir ki, UEFA İngiltərə - Niderland matçında hakimi kənarlaşdırmaq fikrində deyil. Belə ki, UEFA tərəfindən matçı Feliks Zvayerin idarə edəcəyi ilə bağlı yekun qərar verilib.
Qeyd: 2005-ci ildə hakim Almaniyanın ikinci və üçüncü liqaları matçlarında qərəzli hakimlik etməkdə günahlandırılıb. O, 6 ay müddətinə diskvalifikasiya edilib. 2009-cu ildə isə yenidən Bundesliqanın matçlarında hakimlik etməyə başlayıb, 2012-ci ildə isə FİFA referisi statusu alıb.
Mənbə: rbc.ru
© Copyright 2026, All Rights Reserved