“Qarabağ” güclü rəqibdir" Marek Bakoş
Dünən Avstriyada "Qarabağ" və "Viktoriya" klubları arasında keçirilən yoxlama oyunundan sonra "Viktoriya" (Çexiya) klubunun məşqçisi Marek Bakoş oyun barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Bakoş sözlərində "Bu, çox gözəl oyun idi. Düşünürəm ki, biz 20-ci dəqiqəyə qədər əla oyun göstərdik və qol imkanları yaratdıq. Təəssüf ki, bundan istifadə edə bilmədik. Sonra “Qarabağ” təşəbbüsü öz əlinə aldı. Və bu zaman göstərdi ki, ötən mövsüm Avropa Liqasının 1/8 finalına hansı oyun və keyfiyyət sayəsində yüksəlib. “Qarabağ” güclü rəqibdir. Bu oyun bizim daha nəyin üzərində işləməli olduğumuzu öyrənmək üçün yaxşı sınaq idi. Oyunun gedişatı zamanı bu komandaların iki il əvvəl Çempionlar Liqasının pley-off mərhələsindəki matçlarını da xatırladım. Amma daha sonra komandaların bu gün necə görünəcəyinə diqqət yetirdim” - deyə qeyd edib.
Mənbə: idnes.cz
© Copyright 2026, All Rights Reserved