“Qarabağ” qələbəsindən sonra “Kəpəz”in üzü gülmədi
“Kəpəz” məğlubiyyət seriyasını davam etdirdi – “İmişli” səfərdə qalib gəldi.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 28-ci turunda “Kəpəz” doğma meydanda “İmişli”ni qəbul edib. Gəncə təmsilçisi bu görüşdə də azarkeşlərini sevindirə bilməyib və minimal hesabla məğlub olub:
Kəpəz 0 - 1 İmişli
Azər Salahlı 38’
Qol: https://t.me/doxsanplus/116408
Beləliklə, “Kəpəz” “Qarabağ” üzərində qələbədən sonra uğursuz seriyaya düşüb. Komanda ardıcıl olaraq “Qəbələ”, “Karvan” və son olaraq “İmişli”yə məğlub olub.
Hazırda turnir cədvəlində “İmişli” 9-cu, “Kəpəz” isə 10-cu pillədə qərarlaşıb.
Gəncə təmsilçisi “Qarabağ”a qalib gələndən sonra 3 oyundur uduzur:
“Qəbələ”, “Karvan” və bu gün “İmişli”yə!
9. İmişli
10. Kəpəz
© Copyright 2026, All Rights Reserved