“Real” gəlirinə görə ardıcıl rekord qırdı
RƏSMİ: “Real Madrid” ardıcıl ikinci dəfə 1 milyard avrodan çox gəlir əldə edən ilk klub oldu.
90plus.az xəbər verir ki, “Real Madrid” 2024/25 mövsümünün maliyyə hesabatını açıqlayıb. Klub tarixə düşərək ardıcıl ikinci mövsümdə 1 milyard avrodan çox gəlir qazanan ilk futbol klubu olub.
Maliyyə göstəriciləri belədir:
🔹 2023/24 mövsümü
▪️ Gəlir: 1 milyard 73 milyon avro
▪️ Xalis mənfəət: 15.6 milyon avro
🔹 2024/25 mövsümü
▪️ Gəlir: 1 milyard 184.7 milyon avro
▪️ Xalis mənfəət: 24.3 milyon avro
Bu nəticə “Real Madrid”in idman uğurlarını güclü kommersiya strategiyası ilə birləşdirərək davamlı maliyyə sabitliyi təmin etdiyini göstərir. Klub həm yerli, həm də beynəlxalq bazarda brend dəyərini qorumağa və artırmağa davam edir.
“Los Blancos” bu göstəricilərlə futbol dünyasında maliyyə baxımından nümunəvi klub statusunu daha da möhkəmləndirmiş olur.
© Copyright 2026, All Rights Reserved