“Real Madrid” ABŞ-dəki bazadan narazıdır
"Real Madrid” Klublararası Dünya Çempionatı çərçivəsində ABŞ-da yerləşən təlim bazasının vəziyyətindən narazıdır.
90plus.az xəbər verir ki, turnir üçün komandanın mərkəzi kimi Mayamidəki "Gardens North County District Park" seçilib.
İspaniyanın "Marca" nəşrinin məlumatına görə, klub rəsmiləri ötən il ərazini ilk dəfə ziyarət etdikdə, bazada əsas infrastrukturlar – soyunma otaqları, duşlar və normal məşq meydançaları çatışmırdı. Klub rəhbərliyi həmin vaxta qədər yenilənmələrin tamamlanacağını gözləsə də, demək olar ki, heç bir dəyişiklik baş verməyib.
Klubdan "Marca"ya danışan bir mənbə bildirib:
“Bizə bu səviyyəli bir turnirə uyğun şərait vəd olunmuşdu. Futbolçuların düzgün məşq etməsi və bərpa olunması üçün əsas şərtlər təmin edilməlidir.”
Hesabatda həmçinin qeyd olunur ki, son həftələrdə "Real Madrid"in işçiləri həmin məkanda şəraitin yaxşılaşdırılması üçün özləri işlər görməyə başlayıblar. Klub hesab edir ki:
“Turnirin səviyyəsinə uyğun infrastruktur təmin olunmalıdır.”
© Copyright 2026, All Rights Reserved