"Real Madrid"də Vinisius Junior qalmaqalı böyüyür
"Real Madrid" klubu ilə braziliyalı ulduz Vinisius Junior arasında münasibətlər gərginləşib. Fransız superulduz Kilian Mbappenin komandaya qoşulmasından sonra ikinci plana düşməkdən narahat olan Vinisiusun rəhbərliklə bir sıra problemlər yaşadığı bildirilir.
90plus.az xəbər verir ki, son görüşmədə rəhbərliklə futbolçu arasında “iplərin qopduğu”, klubun isə oyunçunu satmaq variantını ciddi şəkildə düşündüyü qeyd edilir.
Vinisius Junior yeni müqavilə üçün klub prezidenti Florentino Peresin illik 20 milyon avro təklifini rədd edib. Braziliyalı ulduz komandada ən çox qazanan futbolçu olmaq istəyir. O, hazırda 30 milyon avro maaş alan Mbappedən də yüksək gəlir tələb edir.
İdman yazarı Ben Jakobsun məlumatına görə, Səudiyyə Ərəbistanından olan nümayəndələr Vinisius üçün təməlqoyma səviyyəsində bir təkliflə çıxış etməyə hazırlaşırlar. Jakobs bu təklifi belə açıqlayıb:
“300 milyon avro bonservis, 200 milyon avro illik maaş, 5 illik müqavilə. Vini Jr. və 'Əl-Əhli'... Gələn yay böyük hadisəyə şahid ola bilərik.”
Jakobs Vinisius üçün “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad” kimi klubların da maraqlı olduğunu, lakin əsas namizədin “Əl-Əhli” olduğunu vurğulayıb:
“'Əl-İttihad'da Benzema, 'Əl-Nəsr'də Ronaldo, 'Əl-Hilal'da Neymar var. 'Əl-Əhli'də isə artıq Mahrez, Firmino və Toney olsa da, daha bir elit ulduz üçün yer var. Bu səbəbdən danışıqlar 'Əl-Əhli' üzərindən aparılır.”
Vinisiusun Səudiyyə Ərəbistanına transferi baş tutsa, bu futbol tarixinin ən bahalı transferi olacaq.
© Copyright 2026, All Rights Reserved