Rodri: "Məni ilk təbrik edənlərdən biri Karvaxal idi"
”Man Siti”nin ulduzu Rodri “Qızıl top”u qazandıqdan sonra jurnalistlərin qarşısına çıxıb.
90plus.az xəbər verir ki, ispan yarımmüdafiəçi yerli mediaya maraqlı açıqlamalar verib:
”Qızıl top” mərasimindən sonra ilk olaraq mənə zəng edib təbrik edən Karvaxal oldu. O da mənim qədər buna layiq idi. Biz Karvaxalla çox yaxınıq. İndi ikimiz də çarpaz bağlarımızdan zədələndiyimiz üçün daha da yaxınlaşmışıq”
Mənbə: Marca
© Copyright 2026, All Rights Reserved