Rodriqo De Paul "İnter"də ilk qolunu vurdu
90plus.az xəbər verir ki, bir çox ulduz futbolçunun formasını geyindiyi "İnter Mayami" son olaraq "Atletiko Madrid"in Argentina millisinin üzvü Rodriqo De Paulu heyətinə qataraq böyük diqqət çəkmişdi.
31 yaşlı təcrübəli yarımmüdafiəçi MLS təmsilçisinin heyətində ilk dəfə "Unas Pumas" ilə keçirilən oyunda əsas səhnəyə çıxıb. "İnter Mayami"nin 3:1 hesablı qələbə qazandığı görüşdə De Paul yeni klubundakı ilk qolunu vurub. O, Luis Suaresin əla ötürməsini ustalıqla qəbul edib və düzgün zərbə ilə qapıdan keçirib.
De Paul daha əvvəl "Nekaksa" ilə oynanan qarşılaşmada iki məhsuldar ötürmə ilə komandasına xal qazandırmışdı. Argentinalı ulduzun bu performansı "İnter Mayami"nin orta xəttində güclü oyunçuya sahib olduğunu bir daha göstərdi.
Rodriqo De Paulun adaptasiya prosesini bu qədər tez keçməsi və ardıcıl oyunlarda komandaya verdiyi töhfə MLS azarkeşləri arasında da geniş rezonans doğurub.
© Copyright 2026, All Rights Reserved