Rodriqo - “Liverpul”un yarım qalan arzusu kimi…
Rodriqo 16 yaşı olan ona maraq göstərən “Liverpul” yenidən 24 yaşlı futbolçuya yönəlib.
90plus.az xəbər verir ki, Rodriqo transfer şayiələrinin gündəmini zəbt edən addır və bu, heç də təəccüblü deyil. Çünki “Liverpul” braziliyalı hücumçu ilə hələ illər öncədən maraqlanırdı – elə bir dövrdə ki, futbolçu cəmi 16 yaşında idi və “qırmızılar” onu heyətinə qatmağa çox yaxın idilər.
Hazırda “Real Madrid”in formasını geyinən Rodriqo dinamik və çox yönlü hücumçudur. Lakin Xabi Alonsonun rəhbərliyi altında 2025/26 mövsümündə onu əsas heyətdə sabit yer gözləmir. Bu səbəbdən futbolçunun klubunu dəyişməyə açıq olduğu deyilir. Üstəlik, Luis Diasın ayrılmaq istədiyi barədə xəbərlər fonunda Rodriqonun adı növbəti dəfə “Liverpul”la hallanır.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, “Arsenal”dan sonra “Liverpul” da 24 yaşlı futbolçu üçün yarışa qoşulub. Rodriqo həm sağ, həm sol cinahda, həm də mərkəzdə oynamaq bacarığına malik olduğu üçün bu iddialar real görünür.
“Liverpul”un Rodriqo ilə ilk marağı hələ 2017-ci ilə – futbolçunun “Santos”da çıxış etdiyi dövrə təsadüf edir. Klub o zaman gənc ulduzu cəmi 3 milyon avroya (təxminən 2,6 milyon funt sterlinq) transfer etmək istəyirdi.
Futbolçu ötən il “The Guardian”a verdiyi müsahibəsində həmin dövrü belə xatırlayıb:
“Transfer baş tutmadı, çünki mən özüm istəmədim. Təklif çox yaxşı idi, amma mən “Santos”da qalmaq istəyirdim. Orada mənə vəd edilən yol da karyeram üçün xeyirli ola bilərdi. Hətta İngiltərədə təhsilimi başa vuraraq Avropa futboluna hazırlaşacaqdım.”
Rodriqo həmin vaxt cəmi 16 yaşında idi və “Santos”da qalıb, iki il sonra “Real Madrid”ə 45 milyon avroya transfer olundu.
Həmin vaxt “Liverpul”un idman direktoru vəzifəsini 2016-cı ildən rəsmi şəkildə icra edən Maykl Edvards Rodriqoya xüsusi maraq göstərirdi. Futbolçu hələ peşəkar müqavilə imzalamamışdı və “Liverpul” bu fürsətdən yararlanmaq istəyirdi. Lakin “Santos” müqavimət göstərdi və transfer baş tutmadı.
Rodriqonun keçmiş meneceri Nik Arkuri 2020-ci ildə verdiyi müsahibədə “Liverpul”un marağını belə izah etmişdi:
“Rodriqo ilk peşəkar müqaviləsini imzalayanda, “Liverpul”dan bir direktor mənə zəng etdi. Dedi ki, Klopp artıq onu tanıyır, oyunlarını izləyib və şəxsən gəlib baxmaq istəyir. YouTube-da “Braziliyadan istedadlar” axtararkən Rodriqonu görüb və diqqətini çəkib. Sonra Braziliyaya gəlib, onu bəyənib. Mən Londona getdim, çünki “Liverpul”un orada ofisi var. Təklifi “Santos”un prezidenti Modestoya təqdim etdim, amma o qəbul etmədi. Bu, artıq Rodriqonun satışı idi – yəni o, 18 yaşı tamam olanda “Liverpul”a keçəcəkdi. Lakin “Santos” satmaq istəmədi və onunla ilk peşəkar müqaviləni imzaladı.”
Beləliklə, Rodriqoya edilən ilk rəsmi təklif 16 yaşı olanda məhz “Liverpul”dan gəlmişdi.
”Liverpul” “Real Madrid”dən Rodrygonu transfer etmək üçün əlindən gələni edəcək. "Real Madrid” təxminən 100 milyon avro tələb edir.
Rodriqo ötən mövsüm 54 matçda 14 qol, 11 asist ilə çıxış edib. 24 yaşlı hücumçu bu yaşında artıq klub və millidə ümumilikdə 383 oyuna çıxıb və 92 qol vurub. Bu isə onun hələ də böyük gələcək vəd etdiyini göstərir.