Ronaldo etirazlara davam edir - Oyuna çıxmayacaq
Ronaldo “Al Nassr”ın “Al İttihad”la vacib oyununda iştirak etməyəcək.
90plus.az xəbər verir ki, məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo sabah “Al Nassr”ın “Al İttihad” ilə qarşılaşmasında iştirak etməyəcək.
Məlumata görə, hücumçu narazılığı “Al Nassr”ın özündən deyil, bəzi Səudiyyə klublarının PIF rəhbərliyi ilə bağlıdır. Onun narazılığına səbəb olan amillərdən biri Karim Benzemanın son vaxtlar “Al İttihad”dan “Al Hilal”a keçididir.
Ronaldo artıq “Al Nassr” ilə məşqlərə qayıdıb, lakin oyuna etiraz olaraq çıxmayacaq. Klubun heyətinə qoşulduğundan bəri portuqaliyalı hücumçu böyük təsir göstərib və 127 oyunda 111 qol vurub.
© Copyright 2026, All Rights Reserved