Ronaldo klubların dünya kubokunda olmayacaq
Ronaldo bu yay keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcəyini təsdiqlədi.
90plus.az xəbər verir ki, portuqaliyalı futbol ulduzu belə deyib:
"Mənim bu turnirdə olmayacağım, demək olar, dəqiqləşib. Baxmayaraq ki, çoxlu təkliflər gəlmişdi. Qərar mənim tərəfimdən verilib.
Danışıqlar, təmaslar olub... Amma bütün turnirlərdə iştirak etmək qeyri-mümkündür. Qısa, orta və uzunmüddətli perspektivləri düşünmək lazımdır. Buna görə də təkliflərə baxmayaraq, qərar qəbul olunub".
Qeyd: Klublararası dünya çempionatı 15 iyun - 13 iyul aralığında dünyanın ən yaxşı 32 komandası arasında ABŞ-də keçiriləcək.
📰: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved