Ronaldo: “Ölümünə mübarizə aparacağam”
Portuqaliyanın kapitanı Kristiano Ronaldo Millətlər Liqasının 1/4 finalında sabah oynayacaqları Danimarka ilə matç (ilk oyun: 0-1) barədə danışıb.
90plus.az xəbər verir ki, Ronaldo özünü deyil, milli komandanı düşündüyünü vurğulayıb:
”Məsələ mənim qol vurmağımla bağlı deyil... Mən sadəcə Portuqaliyanın qalib gəlməsini istəyirəm. Əgər qalib gəlsək və mən oynamasam, eybi yoxdur. Həmişə olduğu kimi, ölkəm üçün ölümünə mübarizə aparacağam.
Sabah qalib gəlsək və komanda yoldaşım qol vursa, xoşbəxt olacağam!"
Afişa: 23 mart Saat 23:45
Portuqaliya - Danimarka
(İlk oyun: 0-1)
TV: Exxen Turkey; Okko Sport.
© Copyright 2026, All Rights Reserved