Ronaldo yalnız vacib oyunlarda olacaq, razılaşıblar!
Kriştiano Ronaldo yeni mövsümdə bəzi oyunlarda iştirak etməyəcək – “Əl-Nəsr”də qərar verildi.
90plus.az xəbər verir ki, “Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo qarşıdakı mövsümdə hər oyunda iştirak etməyəcək. 40 yaşlı portuqaliyalı futbolçu bu qərarı klubun yeni baş məşqçisi Jorje Jezusla birbaşa görüşdən sonra verib.
Məlumata görə, tərəflər arasında keçirilən görüşdə yeni mövsüm üçün yükün bölüşdürülməsi müzakirə olunub. Nəticədə, komandanın daha az əhəmiyyət kəsb edən və fiziki baxımdan çox tələbkar olmayan matçlarında Ronaldonun oynamaması barədə razılıq əldə edilib.
Bu addım həm futbolçunun yaşını, həm də uzun mövsüm ərzində maksimum məhsuldarlıqla çıxış etməsini nəzərə alaraq atılıb. Klub rəhbərliyi və baş məşqçi Jorje Jezuş Ronaldonun ən vacib qarşılaşmalarda 100 faiz formada olması üçün bu qərarı dəstəkləyib.
Qeyd: Kriştiano Ronaldo “Əl-Nəsr”in heyətində keçirdiyi iki mövsüm ərzində həm Səudiyyə Pro Liqasında, həm də beynəlxalq turnirlərdə əsas qol silahına çevrilib. Yeni mövsümdə isə onun rolu daha çox həlledici matçlarda liderlik və təcrübə üzərində qurulacaq.
© Copyright 2026, All Rights Reserved