Ronaldonun oğlu: “Laminin heç bir uğuru yoxdur”
Kriştiano Ronaldonun oğlu Ronaldo Jr məşhur yayıma qatıldı – Lamin Yamalın atasından daha yaxşı olması fikrinə sərt reaksiya verdi!
90plus.az xəbər verir ki, məşhur Twitch yayımlayıcısı 2xRaKai-nin son yayımlarından birində 15 yaşlı Kriştiano Ronaldo Jr.-a verilən sual futbol ictimaiyyətində maraqla qarşılanıb. Amerikalı bloger gənc Ronaldoya sevimli futbolçusunun kim olduğunu soruşduqda, o, düşünmədən cavab verib: “Atam.”
Ardınca bloger gənc istedad Lamin Yamalın artıq Kriştiano Ronaldodan daha yaxşı olduğunu irəli sürüb. Lakin Ronaldo Jr. iddiaya dərhal cavab verərək bu fikirlə razılaşmadığını bildirib:
“İndiki halda? Bəli, yaxşıdır. Amma hələ heç nə qazanmayıb.
Lamin çox yaxşı futbolçudur, amma hələ heç bir uğuru yoxdur.”
Ronaldo Jr.-ın bu fikirlərinə baxmayaraq, Yamal 2024/25 mövsümündə kifayət qədər uğurlu çıxış edib. O, “Barselona” ilə La Liqa, İspaniya Superkuboku və UEFA Superkubokunu qazanmaqla yanaşı, İspaniya millisinin heyətində AVRO-2024-ün də qalibi olub. Beləliklə, mövsümü dörd kubokla tamamlayıb.
Yamal ümumilikdə 55 oyuna çıxaraq 18 qol vurub və 25 məhsuldar ötürmə verib. Qeyd edək ki, o, ötən həftə 18 yaşını qalmaqallı doğum günü məclisi ilə qeyd edib.
Müqayisə üçün, Kriştiano Ronaldo bu yaşda – 2002/03 mövsümündə “Sportinq”in heyətində cəmi 19 oyuna çıxmış və 5 qol vurmuşdu. Mövsümün sonunda isə “Mançester Yunayted”ə transfer olunaraq dünya futbolundakı böyük karyerasına start vermişdi.
Bununla belə, Yamalın gələcəkdə Ronaldo ilə müqayisə olunacaq səviyyəyə yüksəlmək ehtimalı var. Amma indidən 40 yaşlı ulduzun irsini keçməsi üçün hələ uzun yol qət etməlidir.
© Copyright 2026, All Rights Reserved