Ronaldonun baş məşqçisi bəlli oldu
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının tanınmış klubu "Əl-Nəsr" yeni baş məşqçisini açıqlayıb. Klub sosial media hesablarında keçmiş "Əl-Hilal" baş məşqçisi Jorje Jezusla müqavilə imzalandığını elan edib.
70 yaşlı portuqaliyalı mütəxəssis "Əl-Nəsr" ilə 1 mövsümlük müqaviləyə imza atıb.
Klubun açıqlamasında qeyd olunub:
“Allahın izni ilə, Jorje Jezuşa və onun məşqçi heyətinə 'Əl-Nəsr'dəki fəaliyyətlərində uğurlar arzulayırıq.”
Jezusun son iş yeri "Əl-Hilal" olub. O, bu klubu 2023-cü ilin iyul ayından 2025-ci ilin may ayına qədər çalışdırıb. Maraqlıdır ki, Jorje Jezus daha əvvəl də – 2018-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər "Əl-Hilal"da çalışmışdı.
Təcrübəli çalışdırıcı 2023/24 mövsümündə "Əl-Hilal" ilə həm Səudiyyə Ərəbistanı çempionluğunu, həm də Kral Kubokunu qazanıb. Bundan əlavə, karyerası ərzində Səudiyyə Superkubokunu üç dəfə əldə edib.
Jezusun məşqçilik karyerası olduqca zəngindir – o, bundan əvvəl "Fənərbağça", "Benfika", "Flamenqo", "Sportinq" və bir sıra digər Portuqaliya klublarında da çalışıb.
© Copyright 2026, All Rights Reserved