Ronaldosuz “Al Nassr” 9 qol vurdu, 4-ü Manedən!
Kriştiano Ronaldonun meydana çıxmadığı matçda Sadio Mane 4 qol vurdu və komandası darmadağınla uddu.
90plus.az xəbər verir ki, "Al Nassr" klubunun Səudiyyə Ərəbistanı Pro Liqasının 31-ci həftəsində 17-ci yerdə gedən "Al Ahdud"a Kristiano Ronaldosuz səfər etməsi azarkeşləri təəccübləndirib.
SƏBƏBİ: Ötən həftə “Al Nassr” Kərim Benzemalı “Al İttihad”a 2-3 hesabı ilə uduzaraq titul ümidlərinin üstündən xətt çəkdi. Klub Ronaldonun oyunundan narazı qalmışdı. Baş məşqçi Stefano Pioli veteran ulduzları ilə bağlı strateji qərarlar verib.
“Al Ahdud” aşağı liqaya düşməmək üçün mübarizə aparırdı və Pioli turnirin son 4 matçında Ronaldonun bərpasına üstünlük verib.
Ronaldo həftəsonu komanda ilə məşq etməyib. Şənbə günü o, gününü tibb klinikası ilə idman zalı arasında keçirib Müdafiəçi Məhəmməd Simakan da sağalmaq üçün heyətdən kənarda qalıb. Pioli daha həlledici oyunlar üçün əsas oyunçuları qoruyur:
Al Ahdud 0 - 9 Al Nassr
Yahya 16’
J. Duran 20’
Brozoviç 27’
S. Mane 45+6’ 59’ 64’ 74’
Maran 90+4’ (pen.)
Qeyd: Bu qələbə sayəsində "Al Nassr" 3-cü yerə yüksəldi.
© Copyright 2026, All Rights Reserved