“Rəqib Almaniyadır, amma biz qələbəyə hazırıq” – Roberto Martines
Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martines bu gün keçiriləcək UEFA Millətlər Liqasının yarımfinal matçı öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Martines Almaniya ilə qarşılaşma öncəsi komandasının hazırlığını yüksək qiymətləndirib:
“Komandamın keyfiyyətli, gözəl oynamasını və qollar vurmasını istəyirəm. Bəzi məqamlarda qeyri-kamilik var, ona görə də həmişə zirvədə olmaq üçün onların üzərində çalışırıq. Portuqaliya yığması gözəl oynayanda daha da yaxşı oynayır. Komanda daha yaxşı oynadıqda isə, oyunlarda qalib gəlmək imkanı daha yüksək olur.”
Baş məşqçi rəqib Almaniyanın gücünü də nəzərə alaraq, ilk qolun əhəmiyyətini vurğulayıb:
“Buradakı oyunlar çox rəqabətlidir. İlk qolu vurmaq çətindir. Fikrimcə, biz çox risk edirik. Qol vurmaq üçün meydanın son üçdə birinə yol tapmaq gərəkdir, amma biz topa sahibik və mövqelərdə çoxlu oyunçularımız var.”
Martines komandasının inkişaf etməyə davam etdiyini və hər oyunda daha yaxşı olmağa çalışdıqlarını bildirib:
“Biz çox şeyi yaxşı icra edirik və belə davam etməliyik, amma təkmilləşdirə biləcəyimiz məqamlar da var.”
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqqında: “Hər şeyi qazanmış və millinin heyətində çıxışları və qolları baxımından çoxlu sayda rekordları qırmış birini görmək vacibdir. Onun gətirdiyi təravət təəccüblüdür. O, hər gün qalib gəlmək istəyən, hər gün yarışmaq istəyən bir kəsin nümunəsidir. Öz işinə sadiq fədakar oyunçunuz olduqda, onun keçmişdə etdiklərini unudun – bu, bir imtiyazdır.”
Bu gün saat 23:00-da başlayacaq matçda Almaniya Portuqaliya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası – Yarımfinal
Bu qarşılaşma Almaniya üçün Millətlər Liqasındakı ilk finala yüksəlmə fürsətidir. Komanda əvvəlki mərhələlərdə İtaliyaya qarşı 5-4-lük ümumi hesabla qalib gələrək bu mərhələyə yüksəlib.
Portuqaliya isə turnirdəki ikinci çempionluğunu qazanmaq istəyir. Komanda, qrup mərhələsində Xorvatiya, Şotlandiya və Polşanı geridə qoyaraq birinci yeri tutub.
Matçın qalibi 7 iyun 2025-ci ildə Alyans Arenada keçiriləcək finalda ya İspaniya, ya da Fransa ilə qarşılaşacaq.