Rəşad Sadıqov: “Əsas odur ki, qalib gəldik”
Misli Premyer Liqasında 20-ci turunda “Karvan-Yevlax” doğma meydanda “Zirə”ni 1-0 məğlub edib. Görüşdən sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov şərh edib.
90plus.az xəbər verir ki, o, qarşılaşmanın gözlənildiyi kimi çətin keçdiyini bildirib:
“Gərgin oyun oldu. Bilirdik ki, rəqib hər xal üçün sona qədər mübarizə aparacaq. Hesab 1:0 olanda oyun son dəqiqələrə qədər stressli qalır. Daha bir qol vursaydıq, işimiz rahatlaşardı. Amma əsas odur ki, qalib gəldik və rəqibə ciddi qol epizodu vermədik”.
Mütəxəssis yeni transfer Anatoli Nuriyev barədə də danışıb. O, futbolçunun komandaya keçidində “Sabah” klubunun konstruktiv mövqe sərgilədiyini vurğulayıb və oyunçunun potensialına inandığını deyib:
“Onu uzun müddətdir bəyənirəm. ‘Sabah’a müraciət etdik, razılıq verdilər. Buna görə təşəkkür edirik. Son vaxtlar az oynayıb, amma zamanla optimal formasını bərpa edəcək və bizə fayda verəcək”.
Sadıqov mövsümün hədəflərinə də toxunub. Onun sözlərinə görə, əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Baş məşqçi bildirib ki, cari mövsümdə çempionluq və avrokubok uğrunda mübarizə aparan komandaların sayı artıb və rəqabət daha sərtdir. O, uğurun açarının zədələrin minimuma endirilməsi və heyətin stabil formada qalması olduğunu qeyd edib.
© Copyright 2026, All Rights Reserved