Ruben Amorim: Bazar Mançesterdə olmayacam
Lissabon "Sportinq"inin çalışdırıcısı Ruben Amorim "Mançester Yunayted"ə baş məşqçi təyin ediləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
90plus.az xəbər verir ki, "Sky Sport" onun sözlərini belə çatdırıb:
"Hələ heç nə həll olunmayıb. Bilmirəm, bu oyun mənim üçün vida matçı olacaq, ya yox. Bazar günü "Old Trafford"a yollanacam? Yox, mən "Sportinq"də olacam".
Daha öncə mətbuatda MY-nin Amorinlə sonradan uzadılması da nəzərdə tutulan 2 illik müqavilə ilə bağlı razılığa gəldiyi barədə informasiyalar dərc edilib. İngiltərə nəhənginin "Sportinq"ə 10 milyon avro təzminat ödəyəcəyi bildirilib.
Qeyd: Mançester klubunun rəhbərliyi oktyabrın 28-də Erik ten Haqı istefaya göndərib.
© Copyright 2026, All Rights Reserved