"Sabah"-"Makkabi" oyununun biletləri bu gün satışda
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah”– "Makkabi" oyununun biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq.
90plus.az xəbər verir ki, “Sabah” klubunun avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn formada “iticket.az” saytından əldə edə bilərlər.
"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində isə bilet satışlarına qarşıdakı günlərdə başlanılacaq.
Qeyd: “Sabah” - "Makkabi" qarşılaşması avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.
Mənbə: "Sabah" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved