Salah ən yaxşıları sadaladı
“Liverpul”un hücumçusu Mohamed Salah “France Football”a verdiyi müsahibədə futbol dünyasının ən yaxşı oyunçuları və məşqçiləri barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, futbol ulduzu Afrika futbolu tarixinin ən yaxşı oyunçusu haqda suala belə cavab verib:
“Mənəm. Amma çox ad çəkə bilərəm. Məsələn, Corc Veah, Didye Droqba və ya Samuel Eto’O.”
Ən yaxşı komanda yoldaşı haqda:
“Yəqin ki, Eden Azar. Gerçəkdən ən yaxşı formamda olmasam da, onunla birlikdə oynamaq xoş idi. Həmçinin istərdim ki, Stiven Cerrard və Tyerri Anri ilə də eyni komandada çıxış edim.”
Ən çətin rəqib müdafiəçi haqda:
“Çox olub. Serxio Ramos əla oyunçudur, amma konkret bir ad çəkmək çətindir.”
Ən dəyərli kubok haqda:
“Çempionlar Liqası mənə ən böyük təəssürat bağışladı,” – deyə Salah “TMW”yə istinadən bildirib.
© Copyright 2026, All Rights Reserved