Samir Abbasov: "Rza müvəqqəti kapitandır, amma.."
"Söz-söhbətləri biz də eşidirdik. Bura gələndə qruplaşmaların olması ilə rastlaşmadım".
90plus.az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının X turunda "Səbail"lə oyunda qazanılan 3:1 hesablı qələbəni şərh edib:
İlk matçın həyəcanı
"Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mükünsüz bir şeydir. Görüləcək işlər çoxdur".
Rzanın müvəqqəti kapitanlığı
"Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir".
Qeyd: "Neftçi" mövsümdə ilk qələbəsini qazanıb.
© Copyright 2026, All Rights Reserved