Santos: "Futbolçuları milliyə özüm seçirəm"
Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyun haqda danışıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçuları seçmək üçün bütün oyunları izlədiyini vurğulayıb:
”Hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.
Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz. Bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyir deyə, milliyə cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır. Mən həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəyəm. Bu, mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil”.
© Copyright 2026, All Rights Reserved