Son Hın-min: “Sən məndə qaldın, mən də səndə”
“Sən məndə qaldın, mən də səndə”: Son Hın-min “Tottenhem”ə emosional vida etdi.
90plus.az xəbər verir ki, “Los Ancekes" klubuna rəsmi keçidindən sonra “Tottenhem”in əfsanəvi futbolçusu Son Hın-min klub və azarkeşlərlə duyğulu vida mesajı paylaşaraq, 10 il ərzində qazandığı unudulmaz xatirələri, şəxsi uğurları və tarixi nailiyyətləri xatırlayıb.
O, belə deyib: “Məni Şimali Londonda qarşıladınız, böyüməyimə şahid oldunuz. Gözəl anlar yaşadıq: Qızıl buts, Puşkaş mükafatı — siz həmişə orada idiniz. Mən əziyyət çəkəndə də yanımda idiniz. Sən mənimlə qaldın, mən də səninlə.
Bu komandaya kapitanlıq edəcəyimi heç düşünməzdim, amma hər zaman sizin üçün bir kubok qazanmağı arzulayırdım. Biz Avropa Liqasını qazandıq və siz bunu tam haqq edirdiniz.
Bu illərə görə təşəkkür edirəm. Hər şəkli saxlayın — çünki hər zaman kadrda siz vardınız. Sonsuz təşəkkürlər.”
© Copyright 2026, All Rights Reserved