Sörlotdan tarixi het-trik: "Atletiko Madrid" "Real Sosyedad"ı darmadağın etdi
İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Atletiko Madrid" doğma meydanda "Real Sosyedad" üzərində 4:0 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, oyunun qəhrəmanı isə Norveçli hücumçu Aleksandr Sörlot olub.
29 yaşlı futbolçu ilk 11 dəqiqədə 3 qol vuraraq La Liqa tarixinin ən erkən het-trikinə imza atıb. Onun qolları müvafiq olaraq 7, 10 və 11-ci dəqiqələrdə gəlib. Sörlot 30-cu dəqiqədə daha bir dəfə fərqlənərək oyunda "poker" edib.
Sörlotun gecəyə damğa vuran POKERi:
https://t.me/doxsanplus/102629
Bu nəticədən sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşan "Atletiko Madrid" xallarını 70-ə yüksəldib. "Real Sosyedad" isə 43 xalda qalıb.
© Copyright 2026, All Rights Reserved