Səudiyyə Ərəbistanına gedən futbolçular tənqid atəşində
Brüs Qrannekdən Səudiyyə Ərəbistanına gedən gənc futbolçulara sərt tənqid gəldi.
90plus.az xəbər verir ki, Fransanın məşhur FIFA ulduzu Brüs Qrannek Səudiyyə Ərəbistanı klublarına üz tutan gənc futbolçularla bağlı kəskin açıqlama verib.
Qrannek xüsusilə 19–20 yaşlı perspektivli oyunçuların bu cür seçim etməsini qəbulolunmaz hesab etdiyini bildirib:
“Gənc yaşda Səudiyyə Ərəbistanına imza atan futbolçular? Onlara karyeralarının sonunu arzulayıram.
Bu insanlardan başqa cür davranış gözləmirik. Bunlar futbolu həqiqətən sevən oyunçular deyil.
Sən 19 və ya 20 yaşındasan, perspektivlisən və ora gedirsən — bunda normal heç nə yoxdur.”
Fransalı esports simasının bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və Səudiyyə Ərəbistanı çempionatına yönələn gənc futbolçuların motivasiyası ilə bağlı debatları yenidən gündəmə gətirib.
Mənbə: Hors-Jeu
© Copyright 2026, All Rights Reserved