Tarixi "Sampdoriya" klubu 3-cü diviziona düşdü
Tarixi "Sampdoriya" komandası B Seriyasının 38-ci turunda "Yuve Stabia" ilə 0:0 hesablı heç-heçə etdikdən sonra İtaliyanın üçüncü divizionuna yuvarlandı.
90plus.az xəbər verir ki, "Sampdoriya"nın xallarının ümumi sayı 41-də dayanaraq, bu heç-heçədən sonra on səkkizinci mövqedə qalıb və bu bəxtsizliyi yaşayıb.
Sampdoriya İtaliya tarixinin ən prestijli klublarından biri hesab olunur. Klub 1990-cı ildə Avropa kubokunun qalibi olub, 1992-ci ildə isə Avropa kubokunun ikincisi adını qazanıb.
© Copyright 2026, All Rights Reserved