Tebas: "Real Madrid"in bu səviyyəsizliyi..."
La Liqa prezidenti Xavyer Tebas "Real" haqqında mənfi sözlər işlədib.
90plus.az xəbər verir ki, o, "Real Madrid" klubunun rəsmi olaraq "France Football"u boykot etməsini tənqid edib:
”Real Madrid” Parisə mərasimə getməli və 100 jurnalistin səs verdiyi şəffaf olan “France Football” sistemini sorğulamamalı idi.
“Real Madrid”in özünü qurban kimi göstərməsi lazımsız və şişirdilmişdir. Nə etdiklərini başa düşmürəm. Onların bu səviyyəsizliyinə biz İspaniyada da məruz qalırıq”
Qeyd: "Real Madrid" "Qızıl top"un Vinisius və Karvaxaldan birinə verilməməsinə etiraz olaraq "France Football"un tədbirinə qatılmamışdı.
Mənbə: Marca
© Copyright 2026, All Rights Reserved