Tomas Müller sonuncu dəfə meydanda idi
Tomas Müllerin “Bayern Münhen” macərası başa çatdı — bir dövr bitdi!
90plus.az xəbər verir ki, bu gün Klubların Dünya Çempionatının 1/4 finalında "PSJ 2 - 0 Bayern Münhen" matçı onun üçün sonuncu idi.
15 avqust 2008 — məhz bu tarixdən etibarən Tomas Müller “Bayern Münhen”in əsl simasına çevrildi. 16 il boyunca dəyişməyən forma, sarsılmaz sadiqlik və meydanda bənzərsiz xarakter — alman futbolunun əfsanəsi indi doğma klubuna vida etdi.
Müller təkcə “Bayern Münhen”in deyil, bütöv Almaniyanın futbol simvoluna çevrilmişdi. O, həm meydanda, həm də meydandan kənarda əsl peşəkarlıq və nümunəvi davranışı ilə yadda qaldı.
İndi 34 yaşlı hücumçu karyerasının növbəti mərhələsi üçün təklifləri dəyərləndirəcək. Onunla maraqlanan klubların çox olacağı dəqiqdir.
Nəhəng rəqəmlər, əfsanəvi iz
Qazandığı titullar:
Müller “Bayern Münhen” forması ilə saysız-hesabsız rekordlara imza ataraq klub tarixinə adını qızıl hərflərlə yazdırdı. İndi “Bayern” bir əfsanəsinə əlvida deyir, amma Tomas Müllerin adı Allianz Arenanın divarlarında və azarkeşlərin qəlbində həmişə yaşayacaq.
Danke, Tomas. Səninlə futbol bir başqa gözəl idi.
© Copyright 2026, All Rights Reserved