Türkiyənin oyununu İvan idarə edəcək
Millətlər Liqasının pley-off mərhələsində baş tutacaq Türkiyə - Macarıstan oyunu üçün hakim təyinatları elan edilib.
90plus.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Kruzlyak olacaq.
Ona yan xətt hakimləri Branislav Qanço və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Peter Kraloviç icra edəcək.
Qeyd: Türkiyə - Macarıstan görüşü martın 20-də "Rams Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved