UEFA-dan "Qarabağ"la bağlı qərar: Hakim işindən uzaqlaşdırıldı
UEFA "Qarabağ"ın oyununu idarə edən baş hakimi işindən uzaqlaşdırdı.
90plus.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) "Qarabağ"ın avrokubok oyununu idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.
Oxu.Az xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.
Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.
Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduğuna görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.
© Copyright 2026, All Rights Reserved