UEFA reytinqində ölkəmizin yeri sabit qalıb
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib.
90plus.az xəbər verir ki, bu qitə kuboklarının 1-ci təsnifat mərhələsinin cavab oyunlarının nəticələrindən sonra müəyyən olunub.
25-ci pillədə qərarlaşan ölkəmizin xalı 17,000-a bərabərdir. “Zirə” klubunun ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Şerif”ə uduzması ilə ölkəmiz xal qazana bilməyib.
Azərbaycandan bir pillə əvvəldə Slovakiya (17.375), bir addım sonra isə Kipr (16.975) qərarlaşıb.
55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) liderlik edir.
© Copyright 2026, All Rights Reserved