UEFA "yaxşılıq" etmək istədi, yenə əlinə-üzünə bulaşdırdı
UEFA növbəti dəfə mübahisəli addımı ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, Super Kubok oyunundan sonra qurumun sosial şəbəkə hesabında paylaşdığı, “Fələstinli Pele” ləqəbli mərhum Süləyman əl-Obaidə həsr olunmuş yazıda İsrailin adı qeyd olunmayıb. Bu hal ictimaiyyətdə ciddi narazılıq yaradıb.
“Liverpul”un ulduz futbolçusu Mohamed Salah həmin paylaşımın altına “Bizə necə, harada və niyə öldüyünü izah edə bilərsiniz?” şərhini yazaraq etirazını açıq şəkildə bildirib.
UEFA isə bunun ardından Super Kubok matçı zamanı “Uşaqları və mülki vətəndaşları öldürməyi dayandırın” yazılı pankart açıb, medal mərasiminə iki fələstinli uşağı qatıb və bu görüntüləri sosial mediada paylaşıb.
Lakin qurumun bu jesti də böyük reaksiyalardan yayınmayıb. Minlərlə futbol azarkeşi UEFA-nı “utanmaz” adlandıraraq sərt tənqidlərini davam etdirib.
© Copyright 2026, All Rights Reserved