Vinisius Jr "Real Madrid"də qalır: 1 milyard avroluq təklifi rədd etdi
Braziliyalı ulduz futbolçu Vinisius Jr. karyerasını "Real Madrid" klubunda davam etdirmək qərarı verib.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn astronomik təklifə baxmayaraq 24 yaşlı hücumçu Madrid nəhəngi ilə yeni müqaviləyə imza atmağa hazırlaşır.
Vinisiusa 5 il üçün 1 milyard avroluq təklif göndərilib. Lakin futbolçu bu təklifi rədd edərək "Real Madrid"dən ayrılmağı düşünmədiyini bildirib.
Ulduz oyunçunun mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Yeni razılaşma isə üç il müddətinə olacaq və gələn mövsümdən etibarən qüvvəyə minəcək. Yeni müqavilə çərçivəsində Vinisius ümumilikdə 100 milyon avro qazanacaq və illik 20 milyon avro ilə komandanın ən çox qazanan futbolçusuna çevriləcək.
Vinisius Jr. 2018-ci ildə "Flamenqo"dan "Real Madrid"ə transfer olunub. O vaxtdan bəri İspaniya nəhənginin heyətində 314 oyuna çıxıb, bu matçlarda 105 qol və 79 assist ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved