Xabi Alonsodan Ardaya xoş xəbər
"Real Madrid"in gələcək mövsümdə baş məşqçisi olacağı iddia edilən Xabi Alonso ilə bağlı yeni bir məlumat ortaya çıxıb.
90plus.az xəbər verir ki, Alonso komandaya rəhbərlik edəcəyi halda Arda Güler üçün hazırladığı planlar üzə çıxıb. Alonso Ardanın oyun tərzini bəyənir və keçən mövsüm onu “Bayer Leverkuzen”ə transfer etmək niyyətində olub. Alonso Arda Gülerin bacarığını yüksək qiymətləndirir və onu gələn mövsüm əsas heyətin aparıcı oyunçularından biri kimi görür. İddialara görə, Alonso Ardanı start heyətində görmək istəyir.
Qeyd: Baş məşqçi Karlo Ançelottinin mövsümün sonunda komandadan ayrılacağı ehtimal olunur. Həmçinin, Arda Gülerin Ançelotti klubdan getdiyi halda “Real”da qalacağı ilə bağlı xəbərlər yayılmışdı.
© Copyright 2026, All Rights Reserved