Xames Rodriges özünü bu kluba təklif elədi
Xames Rodrigez Argentinada klub tapa bilər – özünü "Platense" klubuna rəklif edib.
90plus.az xəbər verir ki, hazırda azad agent statusunda olan kolumbiyalı yarımmüdafiəçi Xames Rodrigez karyerasını Argentinada davam etdirə bilər. Məlumata görə, futbolçu özünü “Atletiko Platense” klubuna təklif edib və Buenos-Ayres təmsilçisi bu variantı ciddi şəkildə dəyərləndirir.
Xames Rodrigez Meksikanın “Leon” klubu ilə müqaviləsi başa çatdıqdan sonra klubsuz qalıb. 2026-cı ildə keçiriləcək Dünya Çempionatına qədər müntəzəm oyun praktikası qazanmaq istəyən futbolçu Cənubi Amerika klublarına təklif olunmağa başlayıb. TYC Sports-un məlumatına görə, argentinalı son çempionlar və növbəti Libertadores Kubokunun iştirakçıları olan “Platense” və “Estudiantes de La Plata” Rodrigezlə maraqlanan klublar sırasındadır.
“Platense” rəhbərliyi keçmiş “Real Madrid” və “Bayern Münhen” futbolçusunun transfer imkanlarını nəzərdən keçirsə də, əsas problem maliyyə məsələsidir. Klub daxilində Xames Rodrigezin maaş tələblərinin mövcud büdcə çərçivəsindən xeyli yüksək olduğu bildirilir. Mümkün razılaşma yalnız kənar maliyyə dəstəyi hesabına real ola bilər.
Buna baxmayaraq, kolumbiyalı ulduzun transfer ehtimalı klub ətrafında ciddi maraq və gözlənti yaradıb. 2024 Kopa Amerika turnirinin ən yaxşı futbolçusu seçilən Rodrigez Almaniya millisinin baş məşqçisi Nestor Lorenso tərəfindən Dünya Çempionatına aparılacaq 26 nəfərlik heyətdə yerini təmin etmək üçün stabil forma və aparıcı rol axtarır.
Azad agent statusu Xames Rodrigezi bazarda cəlbedici, eyni zamanda riskli variantlardan birinə çevirir. Hazırda bir neçə klub bu transferin maliyyə və idman baxımından mümkünlüyünü dəyərləndirir.
Mənbə: CLMerlo; Transfer NEWs Live
© Copyright 2026, All Rights Reserved