Xavi Ançelottiyə ədalətsiz davranıldığını deyir
İspaniyalı futbol mütəxəssisi Xavi Karlo Ançelottini müdafiə edərək, İspaniyada məşqçilərə təzyiqin çox vaxt ədalətsiz olduğunu deyib.
90plus.az xəbər verir ki, o, "Real Madrid" Çempionlar Liqasının 1/4 finalında məğlub olduqdan sonra Ançelottinin üzləşdiyi tənqidlərdən danışıb.
Xavi, "Ançelottinin başına gələnlərə baxın, hamı onu tənqid edir. Bu, ədalətli deyil. O, 10 ildə 30 titul qazanıb və onu tənqid edirlər ki, sanki heç nə qazanmayıb".
O, problemi vurğulamaq üçün "Atletik Klub"un baş məşqçisi Ernesto Valverdeni də gündəmə gətirib: "Valverde bunu mükəmməl izah etdi: "Ançelottini tənqid etsələr, qalanlara nə ümid bəsləyək?"
Xavi sözlərini belə tamamlayır: “İspaniyada təzyiq çox çətindir, xüsusən Barselona və Madriddə”.
📰: The Athletic
© Copyright 2026, All Rights Reserved