Yamal “Matçın Adamı” olan ən gənc oyunçudur
Lamin Yamal UEFA oyununda "matçın oyunçusu" mükafatını alan ən gənc oyunçu olub.
90plus.az xəbər verir ki, ötən gecə Avro-2024-ün yarımfinalında Fransaya (2:1) qələbə qazanan Yamal 1 qolla yadda qalıb. Və UEFA tərəfindən "Matçın adamı" seçilib. 16 yaşlı Laminin ən gənc rekordları:
◉ Avropa çempionatında qol vuran ən gənc oyunçu;
◉ Avropa çempionatında məhsuldar ötürmə edən ən gənc oyunçu
◉ Avropa çempionatında oynamış ən gənc oyunçu
◉ El Classico-da oynamış ən gənc oyunçu
◉ La Liga oyununda qol vurmuş ən gənc oyunçu
◉ "Barcelona" formasında məhsuldar ötürmə etmiş ən gənc oyunçu
◉ "Barcelona" ilə 50 rəsmi oyun keçirmiş ən gənc oyunçu
◉ Çempionlar liqasının pley-off qarşılaşmalarında iştirak etmiş ən gənc oyunçu.
◉ La Liga tarixinda dubl etmiş ən gənc oyunçu
© Copyright 2026, All Rights Reserved