Yamal: “Messi tarixin ən yaxşı oyunçusudur”
“Barselona”nın gənc ulduzu Lamin Yamal öz kumiri Lionel Messini yüksək qiymətləndirərək onu “tarixin ən yaxşı futbolçusu” adlandırıb.
90plus.az xəbər verir ki, “Adidas”ın Şanxayda təşkil etdiyi promosyon tədbirində Lamin Yamaldan Messinin futbola təsiri və “Barselona”dakı dövrü barədə soruşublar.
Yamal deyib: “Mənim üçün Messi tarixin ən yaxşı oyunçusudur. Onun meydandakı hər bir hərəkətini, oyununun hər detalını bəyənirdim. Bu mənim üçün həqiqətən gözəl bir şeydir.”
Gənc hücumçunun Messiyə heyranlığı təəccüblü deyil, çünki argentinalı əfsanə futbol dünyasına və xüsusilə də “Barselona”nın uğurlarına böyük təsir göstərib.
Lamin Yamal bu sözləri istirahətini Çində və dünyanın müxtəlif yerlərində keçirdikdən sonra bazar günü “Barselona”ya qayıtmağa hazırlaşarkən deyib.
© Copyright 2026, All Rights Reserved