Yurgen Klopp: “Ruhun şad olsun, əvəzsiz dost”
Yurgen Klopp: “Dioqo təkcə futbolçu deyildi, əvəzsiz dost idi”.
90plus.az xəbər verir ki, “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp 2020-ci ildə komandaya gətirdiyi Dioqo Jotanın faciəli ölümü ilə bağlı ürəkağrıdıcı sözlər deyib.
Klopp Jotanın və qardaşı Andrenin itkisini ağır qəbul etdiyini bildirib:
“Bu, mənim üçün çox çətin anlardan biridir. Həyatda hər şeyin bir mənası olmalıdır, amma indi onu görmək mümkün deyil. Diogo və qardaşı Andrenin itkisi məni dərindən sarsıtdı.
Dioqo təkcə möhtəşəm futbolçu deyildi, o, həm də əvəzsiz dost, sevgi dolu həyat yoldaşı və qayğıkeş ata idi. Onun yoxluğu hər birimizi dərindən üzdü.”
Klopp sonda Jotanın ailəsinə və yaxınlarına dəstək mesajı da verib:
“Bütün dualarım, düşüncələrim və gücüm Rute, uşaqlar, ailə üzvləri, dostlar və onu sevən hər kəs üçündür. Ruhun şad olsun, əziz dost.”
© Copyright 2026, All Rights Reserved