2 qol Messi, 2 qol Suarez: Dostlar qarşısıalınmaz olublar
Messi və Suarezdən dubl: "İnter Mayami"nin "Monreal" üzərində 4:2 hesablı qələbəsini iki dost təmin etdi.
90plus.az xəbər verir ki, Lionel Messi və Luis Suarezin hərəyə iki qol vurduğu qarşılaşmada Mayami klubu MLS-də dörd oyunluq qələbəsizlik seriyasına son qoydu və vacib üç xal əldə etdi.
VİDEO: https://t.me/doxsanplus/103431
Lionel Messi dubl etməklə "İnter Mayami" klubunda yeni bir rekorda da imza atdı. O, MLS-də 50 qola töhfə (29 qol, 21 assist) verən ilk oyunçu oldu.
Ümumilikdə, Messi peşəkar karyerası boyunca 890 rəsmi qol vurub. Bu, onu futbol tarixinin ən məhsuldar oyunçularından biri edir.
Messi həmçinin, bir oyunda 5 assist və 1 qol ilə MLS tarixində bir oyunda ən çox qol iştirakına sahib olan oyunçu olub.
© Copyright 2026, All Rights Reserved